backend

250 manatlıq kompensasiya kimlərə şamil edilməlidir? - KOMİTƏ SƏDRİ CAVAB VERİR

Azərbaycan hökuməti yaxın iki gün ərzində koronovirus pandemiyası ilə bağlı vətəndaşların sosial müdafiəsi məqsədi ilə xüsusi vəsait ayıracaq.

Hazırda Nazirlər Kabineti yanında Operativ Mərkəz xüsusi qərar hazırlayır. Bəzi məlumatlara görə, Operativ Qərargahın #evdəqal çağırışına riayət edən vətəndaşlara hökumət tərəfindən maddi dəstək kimi vətəndaşlara minimum əməkhaqqı həcmində (250 manat) məbləğində vəsait ayrılacaq.

KONKRET.az xəbər verir ki, hazırda vətəndaşlara veriləcək məbləğ hələ ki, konkret deyil. Ancaq məsələ üzərində iş gedir. Bu 250 manat da ola bilər 150 manat da…

Operativ Qərargah hazırda veriləcək məbləğin hansı təbəqələrə veriləcəyi mexanizmi üzərində işləyirlər. Yaxın  bir-iki gündə məsələ ilə bağlı Qərargahın bununla bağlı açıqlaması olacaq.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib ki,  hökumət vətəndaşların sosial müdafiəsi ilə bağlı lazımİ addımlar atacaq.

“Ancaq bunun mexanizmi, veriləcək məbləğlə Nazirlər Kabineti yanında Operativ Mərkəz məşğuldur. Yəqin ki, yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək”- komitə sədri deyib.

ölkə.az

  • Afqan
    Mart 29, 2020 - 22:49

    Hər təsərufata veriləcək?

  • anonim
    Aprel 2, 2020 - 18:14

    salam bu tez bir zamanda pul yarddim elesiz sevinerik bele olmaz deyirsiz evde qal amma pulda vermey niyetiviz yoxdu

  • Şəms
    Aprel 4, 2020 - 23:01

    As salam Aleykum. Bu komek yalnız bizim kimi imkansız ailelere edilməlidir. Sizdən xahiş edirikki bizlərə kömək olasınız ki bizdə EVDE QALAG

  • Aytac
    Aprel 19, 2020 - 10:58

    Salam. Mən bilmək isdeyrem ki bu 250 manat məbləğ kimlərə aid edilir? Müqaviləsi olub da karantinle bağlı evdə qalan işsizlər?

  • Taleh
    May 8, 2020 - 15:49

    Men ve menim ailem Azerbaycanda geden butun görulen işlere göre Prezidentimize minnatarlıqımızı bildiririk Allah Prezidentimizi qorusun!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*