3 azərbaycanlı alpinist itkin düşdübackend

3 azərbaycanlı alpinist itkin düşdü

Şərqi Azərbaycan əyalətinin Sərab mahalının “Şirmərdan” yüksəkliklərində 3 azərbaycanlı alpinist itkin düşüb.

KONKRET.az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə Sərabın Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Münəccim məlumat yayıb.

O, alpinistlərin yanvarın 15-də itkin düşdüklərini, Sərab və Təbrizdən olan alpinist və xilasetmə qruplarının onların axtarışına cəlb olunduqlarını bildirib.

Güclü qar yağması və çovğun səbəbindən axtarış işlərinin istənilən səviyyədə aparılmadığı da qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*