3 ölkənin müdafiə nazirləri razılığa gəldilər – SƏBƏBbackend

3 ölkənin müdafiə nazirləri razılığa gəldilər - SƏBƏB

Yaponiya, ABŞ və Avstraliyanın müdafiə nazirləri bu üç ölkə arasında əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəliblər.

KONKRET.az xəbər verir ki, Yaponiyanın müdafiə naziri Hamada Yasukazu, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Avstraliyanın müdafiə naziri Riçard Marlz oktyabrın 1-də Havay adalarında bir araya gəliblər.

Yaponiyanın müdafiə naziri həmkarlarına bildirib ki, təmsil etdikləri ölkələr arasında sıx əməkdaşlıq açıq və azad Hind-Sakit okean regionunun qanunun aliliyi əsasında qorunması və daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Nazir, həmçinin Yaponiyanın müdafiə qabiliyyətinin son beş ildə əsaslı şəkildə möhkəmləndirilməsi məqsədilə Milli Təhlükəsizlik Strategiyası və bununla əlaqədar ilin sonunadək nəzərdə tutulan müdafiə proqramları barədə də həmkarlarını məlumatlandırıb.

Nazirlər ölkələri arasında müdafiə sahəsində silahların və texnologiyaların birlikdə hazırlanması və inkişafı sahəsində əməkdaşlıq barədə də razılığa gəliblər.

Nazirlər arasında bu ölkələrin strategiyalarının əlaqələndirilməsi barədə razılıq əldə olunduğu da qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*