3 yaşlı qız fermada heyvanlarla birgə yaşayıbbackend

3 yaşlı qız fermada heyvanlarla birgə yaşayıb

Rusiyanın Primorsk diyarında üç yaşlı qız fermada dana və keçi ilə birgə yaşayıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi Rusiya Daxili İşlər Nazirliyinin Nəqliyyat İdarəsinin regional İdarəsinə istinadən yayıb.

Uşaq heyvanlarla bir otaqda qalıb. Onu yetkinlik yaşına çatmayanların işləri üzrə bölmənin əməkdaşları tapıblar.

Bina yaşayış üçün yararsız vəziyyətdə olub.

Qız uşağının qəyyumunun sözlərinə görə, işi çox olan zaman o, nəvəsini kənd ərazisində yerləşən evində tək qoymur və fermaya gətirir.

Nəticədə uşaq Ussuriysk şəhər sosial reabilitasiya mərkəzinə verilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*