32 yaşlı qadın iş zamanı xəsarət aldıbackend

32 yaşlı qadın iş zamanı xəsarət aldı

Mingəçevir Sənaye Parkının əməkdaşı iş başında olarkən xəsarət alıb. 

KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə axşam saatlarında tekstil fabrikində baş verib. İlkin məlumata görə, dəzgəhın şlank təyinatlı qurğusu qəfildən məhvərindən çıxaraq iş başında olan 1993-cü il təvəllüdlü əməkdaş Məmmədova Xəyalə Ədalət qızının sifətinə çırpılıb və gözünü zədələyib.

Yaralı əməkdaş təcili xəstəxanaya çatdırılıb. Durumu orta ağır olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*