İmişli rayonu Aranlı kəndi Yusif Sadatxanov adına 1 saylı məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva TV Musavat-ın redaksiyasına gələrək, şikayətlənib.
KONKRET.az xəbər verir ki, o, 2023 və 2024-cü illərdə keçirilən müəllimlərin sertifikasiya imtahanları zamanı saxtakarlığa yol verildiyini iddia edib.
Onu da xatırladaq ki, ölkədə 4 mindən çox müəllim sertifikasiya imtahanında keçid balını toplaya bilməyib. Həmin müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.
Leyla Nəcəfquliyevanın ittihamları ilə bağlı Elm və Təhsil Nazirliyi açıqlama verib.

Əğər bu faktlar doğrudursa, aidiyyati qurumlar üanun qarşısında cavab verməli, əgər faktlar təsdiq olunmursa,bu müəllim və onun ətrafındakılar böhtançı kimi cəza almalıdırlar.Əgər agentlik cavabdeh təşkilat kimi susurds, deməli burda nəsə var.Bu günə kimi MİDA dan halal yolla ev ala bilən yoxdursa, bu faktlara da inanmaq olar.Müəçlimlərin əmək hüquqlarını tanımaq istəməyən bir qurumdan hansı ədaləti gözləmək olar?!Regionallar da meydanda at oynadırlar, onlara. Qaşın üstündə gözün var deyən yoxdur.Bu faktlar hüquqi müstəvidə araşdırılmalı günahkarlar cəzalandırılmalıdır.Burafa təlimçilərə qarşı dələduzluq ittihamı orəli sürülüb, bu, ciddi cimayət faktıdır.Qoy pul verən müəllimlər bu dələduzları ifşa etsinlər, ya daböhtançı kimi cəzalandırılsınlar.