“60 min dollar ödə, hərbi xidmətdən azad ol”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi yeni qanun layihəsi təqdim edib.
Ermənistan hökumətinin 2021-2026-cı illər üçün proqramı hərbi xidmət müddətinin azaldılması üçün qanunvericilik bazasının yaradılmasını nəzərdə tutur.
Qeyd olunur ki, islahat çərçivəsində sıravilər üçün dövlət büdcəsinə 24 milyon dram (təxminən 60 min dollar) ödənilməklə, rütbəli şəxslər üçün icbari xidmət müddətindən vaxtından əvvəl (4,5 ay sonra) azad olunma imkanı təklif edilir.
Bu məbləğ belə məntiqlə müəyyən edilir ki, bir çağırışçı hərbi qulluqçu əvəzinə müqavilə əsasında xidmət edən hərbçiyə 5 il müddətinə ayda 400 min drama qədər pul verilə bilər.
Xuraman Etibarlı,
KONKRET.az
