63 yaşlı kişi çimərlikdə ürəktutmasından öldübackend

63 yaşlı kişi çimərlikdə ürəktutmasından öldü

Masallı sakini Astaradakı çimərlikdə ölüb.

KONKRET.az xəbər verir ki, hadisə Astara rayonun Şahağacı kəndi ərazisindəki çimərlikdə baş verib.

Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1960-cı il təvəllüdlü Məhərrəm Cəmil oğlu Əliyev dənizin sahilində dincələrkən ürəktutmasından ölüb.

Meyit təcili tibbi yardım avtomobili ilə aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, M.Əliyev qısa müddət idi ki, ürək əməliyyatı olunmuşdu.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*