Serbiyanın paytaxtı Belqrad şəhərində 7-ci sinif şagirdi məktəbdə silahlı insident törədib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb. Ölənlərdən 8-i məktəbli, biri isə mühafizəçi olub.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, yeniyetmə narkotikin təsiri altında olub.
