74 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə ediləcəkbackend

74 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə ediləcək

Sabah Gürcüstandan daha 279 nəfər Azərbaycana təxliyə ediləcək.

Bu barədə KONKRET.az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilənlərdən 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyə edilənlər 11 avqust tarixində Tbilisidə COVID-19 testindən keçiriliblər və nəticələr gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək.

Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar 12 avqust tarixində saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılmış 5 avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yollanacaqlar. Təxliyə edilənlər Azərbaycanda karantinə alınmayacaqlar.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*