75 yaşlı kişi dəfn etdiyi arvadını sağ görüncə şoka düşdü – FOTObackend

75 yaşlı kişi dəfn etdiyi arvadını sağ görüncə şoka düşdü - FOTO

Hindistanda qeyri-adi olay baş verib.

KONKRET.az xəbər verir ki, 75 yaşlı kişi koronavirusdan ölən arvadını basdırmaq üçün onu kəndə aparıb.

Kənddə arvadını dəfn edərək bir neçə gün yas saxlayan kişi evinə qayıtdıqda həyatının şokunu yaşayıb. Belə ki, arvadı canlı olaraq onun qarşısında dururdu.

Daha sonra məlum olub ki, kişinin dəfn etdiyi şəxs əslində onun həyat yoldaşı yox, başqa şəxsdir.

Həmin şəxsin kimliyi isə hələ bilinmir.

Qeyd edək ki, rəsmi qurumlar bu  barədə hələ açıqlama verməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*