2027-ci ildə sosial yönümlü xərclər 1,6 milyard manat artacaq.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, 2027-ci ildə sosial yönümlü xərclər 2026-cı illə müqayisədə 9,2 faiz və ya 1,6 milyard manat artacaq: “2023–2027-ci illəri əhatə edən beşillik dövrdə sosialyönümlü xərclərdə 30 faizlik artım nəzərdə tutulub. Bu isə mütləq ifadədə 4 milyard manat əlavə xərc deməkdir. Növbəti ildə dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılıb. Bu, 2025-ci illə müqayisədə təxminən 8 faiz və ya 360 milyon manat çoxdur. İcmal büdcədə sosial təminat xərclərinin 2027-ci ildə 12,9 milyard manat olacağı gözlənilir. Bu, 2025-ci illə müqayisədə 21 faiz və ya 2,2 milyard manat artım deməkdir. 2023–2027-ci illərdə icmal büdcənin sosial təminat xərcləri 3,8 milyard manat və ya 42 faiz artımla proqnozlaşdırılıb.
