“8-ci km bazarı”nın sökülməsi xəbərlərinə rəsmi münasibətbackend

"8-ci km bazarı"nın sökülməsi xəbərlərinə rəsmi münasibət

 Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti “8-ci km bazarı”nın sökülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə APA-ya Nizami rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, “8-ci km bazarı” ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

Nəzərə çatdırılıb ki, qanunsuz quraşdırılmış, şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadlıq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur:

“Qeyd edək ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilmişdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*