“Bu gün Azərbaycanın silahlı qüvvələri həm cənubda, həm də şimalda dövlətimizin strateji əhəmiyyət kəsb edən ərazilərini tamamilə hədəfə almaq imkanına malikdir. Azərbaycan lideri üçün erməni dövlətçiliyinin məhv edilməsi dövlət doktrinasıdır, lakin bu, Ermənistanın bu hökuməti üçün təhlükəli doktrina deyil, çünki Əliyevin dedikləri Ermənistanın bu hökumətinin həyata keçirdiyi vizyona tam uyğundur”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Arman Abovyan bildirib.
Təhlilçinin fikrincə, yuxarıda deyilənləri sübut edən paralellər çox aydındır. məsələn, erməni mədəniyyəti, müstəqil Ermənistan dövləti və milli kimliyi Paşinyan hakimiyyəti üçün də qəbuledilməzdir.
“Ermənistan hökuməti həmin komponentlərə qarşı mübarizə aparır. Məsələn, o, erməni xalqının tarixini Ermənistanın tarixi ilə əvəz edir, Ermənistanı sadəcə coğrafi nöqtəyə çevirir”, – deyə Abovyan vurğulayıb.
“Deməli, Əliyevin təklif etdiyi sülh müqaviləsi Ermənistanın özünü məhv etməsi razılaşması olacaq, başqa heç nə”.
Günel Mikayılova,
KONKRET.az