ABŞ-da iki təyyarə toqquşdu – Ölənlər varbackend

ABŞ-da iki təyyarə toqquşdu - Ölənlər var

ABŞ-ın Uotsonvil şəhərində (Kaliforniya ştatı) hava limanına eniş edərkən iki kiçik təyyarə toqquşub.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasına istinadən “The Washington Post“ məlumat yayıb.

Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib.

İkimühərrikli “Cessna 340”-ın göyərtəsində iki nəfər, birmühərrikli “Cessna 152”-nin göyərtəsində isə yalnız pilot olub.

Hadisə nəticəsində hava limanının işçiləri arasında heç kim xəsarət almayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*