ABŞ-da müsəlman qadının federal hakimliyi təsdiqləndi – İlk dəfəbackend

ABŞ-da müsəlman qadının federal hakimliyi təsdiqləndi - İlk dəfə

ABŞ Senatı ölkənin ilk müsəlman qadın federal hakimini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, 100 yerlik Senatda Banqladeş əsilli Nusrat Çadrinin hakim olması üçün 50, əksi üçün 49 senator səs verib.
Beləcə N. Çadri Nyu-Yorkun Şərq Bölgəsi Məhkəməsinə hakim kimi təsdiqlənib.

İllinoys ştatında Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) hüquq departamentinin direktoru olan Çadri irqi ayrı-seçkilik və milli təhlükəsizlik məsələləri üzərində ixtisaslaşıb.

O, 2022-ci ilin yanvarında ABŞ prezidenti Co Bayden tərəfindən federal hakim olmaq üçün namizəd göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*