ABŞ-da respublikaçı senatora hücum edildi – VİDEObackend

ABŞ-da respublikaçı senatora hücum edildi - VİDEO

ABŞ-ın Hyuston şəhərində “Astros” beysbol klubunun şərəfinə keçirilən paradın tamaşaçılarından biri respublikaçı senator Ted Kruza pivə qutusu atıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hyuston polisi məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı kişi Smit küçəsində hərəkət edən senator Ted Kruza pivə qutusu atıb. Qutu senatorun sinəsinə və boynuna dəyib.

Məlumata görə, oxəsarət almayıb.

Qeyd edək ki, Ted Kruz hazırkı ABŞ Senatında ən nüfuzlu respublikaçılardan biridir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*