ABŞ-da üçüncü siyasi qüvvə yaradıldı – “Demokratlar” və “Respublikaçılar” TƏŞVİŞDƏbackend

ABŞ-da üçüncü siyasi qüvvə yaradıldı - “Demokratlar” və “Respublikaçılar” TƏŞVİŞDƏ

Sabiq “Demokratlar” və “Respublikaçılar” ABŞ-da üçüncü partiyanın yaradıldığını elan ediblər.

KONKRET.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında “Forward” adlı üçüncü siyasi partiya fəaliyyətə başlayacaq. Bu barədə “Reuters” məlumat yayıb.

Onlarla respublikaçının və demokratların yaratdığı yeni siyasi qurum ikipartiyalı sistemin səmərəsizliyindən narahat olan amerikalılara müraciət etmək məqsədi daşıyır.

Məqalədə deyilir ki, bu partiya “Amerikaya xidmət et”  və “Amerikanı Yenilə” Hərəkatının birləşməsindən yaranacaq və ona Demokratlar Partiyasından prezidentliyə keçmiş namizəd Endryu Yanq və Nyu-Cersi ştatının sabiq respublikaçı qubernatoru Kristin Todd Uitman rəhbərlik edəcək.

Siyasi təşkilatın liderləri seçicilərin dəstəyini qazanmaq üçün payızda Amerikanın 20 şəhərində tədbirlər keçirəcəklərini bildiriblər. Onun rəsmi açılışı sentyabrın 24-də Hyustonda baş tutacaq. İlk milli partiya qurultayı gələn ilin yayında keçiriləcək.

Hazırda ştatlarda Respublikaçılar və Demokratlar partiyasından başqa, 40 kiçik partiya var, lakin onların siyasətə ciddi təsiri yoxdur. Keçən ilki “Gallup” sorğusu göstərdi ki, amerikalıların üçdə ikisi “üçüncü” partiyanın yaranmasını zəruri hesab edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*