KONKRET.az xəbər verir ki, ABŞ 26 avqust tarixində Kabul Hava Limanı yaxınlığında baş vermiş terror hadisəsinə görə məsuliyyəti öz üzərinə götürmüş İŞİD-in Xorasan qoluna qarşı Əfqanıstanda hava hücumları həyata keçirəcəyini bəyan edib. ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik komandası “Kabulda başqa terror hücumları da baş verə bilər” deyə xəbərdarlıq edib. ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) mətbuat nümayəndəsi polkovnik Bill Urban yazılı açıqlamasında bildirib: “ABŞ hərbi qüvvələri bir İŞİD/Xorasan” başçısına qarşı terrorla mübarizə əməliyyatı aparıb”. Əməliyyatın Əfqanıstanın Nanqahar vilayətində PUA ilə aparıldığını qeyd edən Urban yazıb: “İlkin məlumata görə, hədəfi öldürdük. Mülki əhali arasında itki olmadığını bilirik”.
Cümə axşamı günü Kabuldakı Həmid Kərzani aeroportunda kamikadze terroru nəticəsində 13 amerikalı hərbçi və 170 nəfərdən artıq əfqan vətəndaş həlak olub.
