Ordubadın 41 yaşlı yeni icra başçısı: Nurlan Hacıyev kimdir?backend

Ordubadın 41 yaşlı yeni icra başçısı: Nurlan Hacıyev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncam ilə Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

KONKRET.az xəbər verir ki, yeni icra başçısı bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində aparat rəhbəri vəzifəsində çalışıb. O, həmin vəzifəyə 2025-ci ilin avqust ayında təyin olunmuşdu.

41 yaşlı Nurlan Hacıyev Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində “Gömrük işinin təşkili” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Hacıyev daha sonra “Naxçıvanbank” ASC-nin Culfa rayon filialının rəhbəri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində fəaliyyət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*