ATƏT-in sədri Azərbaycana gəldi – FOTObackend

ATƏT-in sədri Azərbaycana gəldi – FOTO

İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis Azərbaycanda səfərdədir.

KONKRET.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

“Azərbaycana ilk rəsmi səfərimi həyata keçirməkdən məmnunam. İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir”, – deyə İqnasio Kassis yazıb.

O, ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahı irəli aparmaqla yanaşı, ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığı dərinləşdirməyi hədəflədiyini vurğulayıb:

“Bu səfər daha geniş regional təmasların başlanğıcı olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*