Culfanın yeni icra başçısı Naim Cahidzadə kimdir? – DOSYEbackend

Culfanın yeni icra başçısı Naim Cahidzadə kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

KONKRET.az yenidən icra hakimiyyəti başçısı təyin edilən Naim Cahidzadənin dosyesini təqdim edir:

Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub.

1995-2006-ci illərdə  Şahbuz rayon Kolanı kənd tam orta məktəbində təhsil alıb.

2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili alıb.

2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə Magistratura təhsili alıb.

Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor kimi başlayıb. 2014-2018-ci illərdə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-2021-ci illərdə həmin universitetin İdarəetmə fakültəsində dekan vəzifəsində işləyib.

2016-2019-cu illərdə AMEA Naxçıvan bölməsinin dissertantı olub.

2021-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 14 sentyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, 21 fevral 2024-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*