ABŞ-dan bunu dörd gözlə gözləyirik – Rəsmi Ankarabackend

ABŞ-dan bunu dörd gözlə gözləyirik - Rəsmi Ankara

Bayden rəhbərliyi sırf erməni lobbilərinə verdiyi vədlərə görə nə tarixi qərar verə, nə də bir milləti “soyqırım”a görə günahlandıra bilər.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, “soyqırım” ifadəsinin özü belə hər kəs üçün istifadə ediləsi asan söz deyil.

“Baydenin açıqlamasından sonra Türkiyə-ABŞ münasibətləri zərər gördümü” sualını cavablandıran F.Oqtay iki ölkə arasında onsuz da fikir ayrılığının mövcud olduğunu bildirib:

“Bu qərarlar ərəfəsində belə ABŞ və Türkiyə prezidentləri telefon əlaqəsi saxladı. İyunda NATO zirvəsində bir araya gələcəklər. Ümid edirəm ki, bu, yeni başlanğıc olar. Türkiyə ABŞ-la illərdir tərəfdaşdır. Ancaq münasibətlərin təkrar sıfırlanması lazımdır. İyunda yeni başlanğıc etməliyik. ABŞ rəhbərliyinin qərarlarını yenidən gözdən keçirməsini dörd gözlə gözləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*