ABŞ-dan İrana: “Dərhal tankeri azad edin!”backend

ABŞ-dan İrana: "Dərhal tankeri azad edin!"

ABŞ İranı “St Nikolas” neft tankerini və heyətini dərhal azad etməyə çağırıb.

KONKRET.az-ın Trend-ə istinadla məlumatına görə, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.

Patel gəminin ələ keçirilməsinin qanunsuz olduğunu vurğulayıb. O qeyd edib ki, İranın bu cür hərəkətləri beynəlxalq ticarəti pozmağa yönəlib.

Xatırladaq ki, İran hərbi dəniz qüvvələri Oman körfəzində Amerika neft tankerini məhkəmənin qərarı ilə saxladığını təsdiqləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*