ABŞ-dan Ukraynaya yeni yardım paketi – 2,4 milyard dollarbackend

ABŞ-dan Ukraynaya yeni yardım paketi - 2,4 milyard dollar

ABŞ Ukraynaya təxminən 2,4 milyard dollar dəyərində yeni yardım paketi təqdim edəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi açıqlamada bildirilib ki, Ukraynaya kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün yeni yardımlar veriləcək. Ukrayna üçün açıqlanan yeni yardım paketinin dəyəri təqribən 2,4 milyard dollar olacaq. Paketin içərisində hava hücumundan müdafiə sistemləri üçün sursat, artilleriya və tank əleyhinə raketlər var.

Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) fondlarından istifadə edilməklə Patriot və Milli Qabaqcıl Yer-Hava Raket Sistemi (NASAMS) üçün 2,2 milyard dollarlıq sursat yardımın da veriləcəyi gözlənilir. 150 milyon dollarlıq paket müxtəlif sursat və logistika ehtiyacları üçündür.

Ukrayna üçün açıqlanan 150 milyon dollarlıq əlavə yardım paketinə HAWK hava hücumundan müdafiə sistemi, tank əleyhinə silahlar və idarə olunan TOW və HIMARS raketləri, 155 və 105 millimetrlik artilleriya mərmiləri, Javelin və AT-4 kimi sursatlar da daxildir.

Qeyd edək ki, ABŞ iyunun 20-də Ukraynaya təcili ehtiyacları səbəbindən Patriot və NASAMS daşımalarında üstünlük veriləcəyini bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*