Donald Tramp İrana qarşı genişmiqyaslı hücumları bərpa etmək qərarına gələrsə, Tehran Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirməyi nəzərdən keçirir. Hörmüz boğazındakı sualtı fiber-optik kabellər də hədəfə alına bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İran hərbi rəsmiləri Cənubi və Cənub-Şərqi Avropadakı ABŞ obyektlərinə hücum ehtimalını qiymətləndirirdilər.
“Potensial hədəflər arasında Bolqarıstandakı Bezmer aviabazası yer alır. Bundan başqa, İran ABŞ hücumunun başlanacağı təqdirdə, Kiprdəki Britaniya aviabazasını da vurmağı nəzərdən keçirir”, – nəşr bildirib.
