Rusiya Apellyasiya Məhkəməsi casusluq ittihamı ilə həbs edilən ABŞ, Britaniya, İrlandiya və Kanada vətəndaşı Pol Uilanı həbsdə saxlamaq qərarına gəlib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə Uilanın barəsində qətimkan tədbiri barədə şikayətini təmin etməyib və onu martın 29-dək həbsdə saxlamağa qərar verib.
Şikayətə Apellyasiya Məhkəməsi tərəfindən işin sirri ilə bağlı qapalı rejimdə baxıldığı qeyd edilir.
Əvvəllər “Kommersant” qəzeti yazırdı ki, amerikalı Rusiyaya son on il ərzində hər il gəlirmiş.
Mənbə bildirir ki, Uilan xüsusi xidmət orqanlarının fəaliyyətdə olan əməkdaşından fləş kart alıb. Bundan sonra onu həbs ediblər.
Babək Göyüş
KONKRET.az
