İraqın Ənbar vilayətində ABŞ əsgərlərinin yerləşdiyi “Ayn əl-Əsəd” hava bazasına raket zərbəsi endirilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən hərbi bazaya 5 raket atılıb.
Baza ətrafına düşən raketlərin dağıntılara səbəb olub-olmadığı açıqlanmayıb.
Hücumdan sonra bölgədə axtarışa başlayan təhlükəsizlik qüvvələri Barvana bölgəsinin cənubunda istifadə edilən raket qurğularını tapıb.

İqbal Rzayev,
KONKRET.az
