ABŞ-ın Türkiyə üzərindən üç hədəfi – Güllər AÇIQLADIbackend

ABŞ-ın Türkiyə üzərindən üç hədəfi - Güllər AÇIQLADI

ABŞ-Türkiyə münasibətləri baxımından Vaşinqtonun üç hədəfi var.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Cümhuriyyət” qəzetinin yazarı Mehmet Əli Güllər “ABŞ-ın Türkiyə siyasəti və üç hədəfi” adlı məqaləsində bildirib.

“Birincisi, ABŞ Türkiyə-Rusiya əməkdaşlığının inkişafına, ikincisi, Türkiyə-Rusiya-İran Astana platformasının institutlaşmasına, üçüncüsü isə Türkiyə və Suriyanın normallaşmasına mane olmağa çalışır.

ABŞ üçün Türkiyə-Rusiya əməkdaşlığının inkişafı Ukrayna və Qara dəniz strategiyasının, Türkiyə-Rusiya-İran əməkdaşlığının institutlaşması Yaxın Şərq, Qafqaz və Orta Asiya planlarının, Türkiyə-Suriya münasibətlərinin normallaşması da PYD dövlət hədəfinin qarşısındakı kritik maneələrdir. Buna görə də ABŞ bu üç münasibəti pozmağa yönəlmiş siyasi təxribat həyata keçirir”, – məqalədə bildirilib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*