ABŞ-ın İrana qarşı yeni sanksiyalar hazırlaması Tehranla Vaşinqton arasında gərginliyi daha da artırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-ın yeni iqtisadi sanksiyaları yalnız İrana qarşı “qanunsuz iqtisadi müharibə” deyil, həm də digər müstəqil dövlətlər üzərində eksterritorial suverenlik iddiasıdır.
Onun sözlərinə görə, Vaşinqtonun üçüncü ölkələri İranla qanuni ticarətdən çəkindirməyə çalışması beynəlxalq hüquqa ziddir.
“İkincili sanksiyaların beynəlxalq hüquqda heç bir əsası yoxdur”, – Bəqai qeyd edib.
ABŞ maliyyə naziri Skott Bessent isə daha əvvəl İranla biznes əlaqələrinə qarşı ciddi təzyiq göstəriləcəyini açıqlayıb. ABŞ-nin yeni sanksiyalarının İranın əsas ticarət tərəfdaşlarına, xüsusilə Çinə də təsir göstərə biləcəyi bildirilir.
Qeyd edək ki, ABŞ yeni sanksiyaları bazar ertəsi elan etməyə hazırlaşır.
Günay Əli
KONKRET.az
