Tehranla razılaşma əldə olunarsa, ABŞ İranın 6-9 milyard dollar arasında olan aktivlərinin dondurulmasını ləğv edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı mənbələrə istinadən məlumat verib.
Bildirilib ki, Qətər və Pakistanın birgə təşəbbüsü Vaşinqton və Tehran arasında ciddi danışıqların bərpasına imkan verib.
Razılaşma əldə olunarsa, ABŞ 6 milyard ilə 9 milyard dollar arasında olan İran aktivlərinin dondurulmasını ləğv edəcək.
Kanalın mənbələrinin qeyd etdiyi kimi, razılaşma üçün təklif olunan çərçivə həmçinin Hörmüz boğazının açılacağını və İranın dəniz blokadasının dərhal ləğv ediləcəyini nəzərdə tutur.
