ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib.
KONKRET.AZ “TASS”a istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin press-relizində deyilir.
Məlumata əsasən, İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi sanksiyalar siyahısına əlavə edilib.
Bildirilir ki, nazirin sanksiyalar siyahısına salınması onun ABŞ-dakı aktivlərinin dondurulması və ABŞ vətəndaşlarının və ya şirkətlərinin onunla əməkdaşlıq etməsinin qadağan edilməsi deməkdir.