Birləşmiş Ştatlar İsrailə ciddi təzyiqlər göstərərək İran, Livan və Qəzza olmaqla eyni anda üç aktiv istiqamətdə hərbi əməliyyatların dayandırılmasını tələb edir.
KONKRET.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı, admiral Bred Kuper bu sərt mesajı həftəsonu İsrailə səfəri zamanı rəsmi Tel-Əvivə çatdırıb. İsrail ordusunun (TSAHAL) yüksəkvəzifəli zabitlərindən biri Vaşinqtonun mövqeyini qısaca belə xarakterizə edib: “Bütün üç istiqamətdə münaqişənin bağlanmasına doğru irəliləmək”.
İran məsələsinə gəldikdə, İsrail Vaşinqtonu məlumatlandırıb ki, əgər kəşfiyyat məlumatları Tehranın nüvə silahı yaratmaq potensialını bərpa etdiyini və ya ballistik raket arsenalını artırdığını göstərərsə, onlar müstəqil şəkildə hərbi əməliyyatlar keçirmək imkanını qoruyub saxlayacaqlar.
Livan istiqamətində isə Vaşinqton ölkənin cənubunda “təhlükəsizlik zonası” kimi müəyyən edilmiş ərazilərdən İsrail qoşunlarının bundan sonra da çıxarılmasına nail olmağa çalışır.
Qəzzada isə ABŞ razılaşmanın növbəti mərhələsinə keçilməsini və çoxmillətli qüvvələrin (ISF) əraziyə yeridilməsini təmin etmək istəyir.
Natiq Səlim,
KONKRET.az
