Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsinin dayandırılması ilə bağlı Tramp administrasiyasının qərarını ləğv edib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Nyu-Yorkun Manhetten dairəsi üzrə federal hakim Jeannette Vargas Dövlət Departamentinin tətbiq etdiyi siyasəti qanunsuz hesab edib. Hakim bildirib ki, ABŞ dövlət katibi Marko Rubio yalnız şəxsin vətəndaşlığına əsaslanaraq immiqrasiya vizasının verilməsini dayandırmaqla öz səlahiyyətlərini aşıb.
Məhkəmənin qərarına əsasən, Dövlət Departamentinin konsulluq əməkdaşlarının qanunla nəzərdə tutulan fərdi qiymətləndirmə prosesinə bu şəkildə müdaxilə etmək səlahiyyəti yoxdur.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti 2026-cı il yanvarın 21-dən Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşları üçün immiqrasiya vizalarının verilməsini qeyri-müəyyən müddətə dayandırmışdı. Administrasiya buna həmin ölkələrdən olan miqrantların ABŞ-də dövlət yardımından istifadə edərək “ictimai yükə” çevrilə biləcəyi ilə bağlı narahatlıqları səbəb göstərmişdi.
Məhdudiyyət Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan, İran, Pakistan, Braziliya, Kolumbiya və bir sıra Afrika, Asiya, Yaxın Şərq, Balkan və Karib hövzəsi ölkələrinə şamil edilirdi.
Qeyd edək ki, sözügedən qərar turist, biznes və digər müvəqqəti vizalara aid deyildi. Məhdudiyyət yalnız ABŞ-də daimi yaşamaq hüququ verən immiqrasiya vizalarını əhatə edirdi.
Günay Əli
KONKRET.az
