ABŞ Prezidenti: İran nüvə silahı əldə etsə, inanılmaz nəticələrlə üzləşəcəkbackend

ABŞ Prezidenti: İran nüvə silahı əldə etsə, inanılmaz nəticələrlə üzləşəcək

Əgər nüvə silahı əldə etsə, İranın başına “cəhənnəm yağacaq”.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Qətər Əmiri ilə görüşündə deyib.

Tramp bildirib ki, onun üçün vacib olan yeganə məsələ İranın heç vaxt nüvə silahına malik olmamasıdır.

O qeyd edib ki, bu məsələ razılaşmada aydın şəkildə öz əksini tapıb: “Onlar nüvə silahı istehsal etməyəcək və almayacaqlar. Bunu etsələr, inanılmaz nəticələrlə üzləşəcəklər”.

ABŞ Prezidenti İranla müharibənin başlama səbəbinin də məhz bu olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*