Amerika hakimiyyəti Rusiya nümayəndə heyətinin ABŞ-da keçiriləcək Beynəlxalq Atom Enerjisi Agentliyinin konfransında iştirakına mane olur.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “Rosatom” şirkəti öz Telegram kanalında məlumat yayıb.
“21-ci əsrdə nüvə enerjisi” nazirlərinin görüşü oktyabrın 26-28-də keçiriləcək, Qərb mediası Rusiyanın bu konfransda iştirak etməməsi barədə məlumat yayıb. Bununla əlaqədar nümayəndə heyətinin üzvləri üçün ABŞ-a viza tələbləri müəyyən edilmiş qaydada əvvəlcədən təqdim edilib. Lakin bu gün Rusiya nümayəndə heyətinin heç bir üzvü Amerika vizası almayıb”, – deyə şirkətdən bildirilib.
Qeyd olunur ki, Amerika tərəfi faktiki olaraq Rusiyanın MAQATE konfransında iştirakına mane olur,
Şirkətdən həmçinin bildirilir ki, Rusiyanın iştirakı olmadan Vaşinqton konfransı öz mənasını əhəmiyyətli dərəcədə itirir.
Günel Mikayılova,
KONKRET.az
