Suriyanın şərqindəki Deyr əz-Zorda İranın dəstəklədiyi terrorçu qruplaşmaların yerləşdiyi ərazilərdən ABŞ qüvvələrinin dislokasiya edildiyi “Ömər” qaz yatağının ətrafına raket zərbələri endirilib.
KONKRET.az xəbər verir ki, hücumda ölənlərin olmadığı bildirilib.
ABŞ qüvvələri raketlərin gəldiyi istiqamətə artilleriya və raket zərbələri ilə cavab verib.
Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi PKK/YPG terror təşkilatı tərəfindən işğal edilib. Şəhər mərkəzi və digər kənd yerləri isə Əsəd rejimi və İranın dəstəklədiyi qruplaşmaların nəzarətindədir.
Deyr əz-Zorda ABŞ və İranın dəstəklədiyi terror qruplaşmalarının mövcud olduğu ərazilər son zamanlarda tez-tez hədəfə alınır.
ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyanın aprelin 9-da verdiyi açıqlamada həmin ayın 7-də Suriyanın şərqində Amerika hərbçilərinin yerləşdiyi bazaya raket hücumu nəticəsində 4 əsgərin yaralandığı bildirilib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi hücumu kimin həyata keçirdiyini bilmədiklərini, amma əvvəlki hücumlarda olduğu kimi, bundan da İranın dəstəklədiyi təşkilatların məsuliyyət daşıya biləcəyini deyib. Teleqraf.com
