ABŞ vitse-prezidenti Vens niyə Bakı və İrəvana səfər edir, amma Gürcüstana getmir? – Kobaxidze AÇIQLADIbackend

ABŞ vitse-prezidenti Vens niyə Bakı və İrəvana səfər edir, amma Gürcüstana getmir? - Kobaxidze AÇIQLADI

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakıya səfər planlaşdırmasını, lakin Tbilisini proqramdan kənarda saxlamasını belə izah edib.

KONKRET.az-ın xəbərinə görə, Baş nazir bildirib ki, vitse-prezidentin səfəri “TRIPP marşrutu” (Zəngəzur dəhlizi) ilə əlaqəlidir və bu baxımdan əsas ölkələrin Ermənistan və Azərbaycan olması məntiqlidir.

“Bu səfər ABŞ vitse-prezidentinin sözügedən marşrutla bağlı təşəbbüsləri çərçivəsində həyata keçirilir. Ona görə də əsas diqqət Ermənistan və Azərbaycana yönəlib. Burada əlavə şərhə ehtiyac yoxdur”, – deyə Kobaxidze vurğulayıb.

O, eyni zamanda Gürcüstanın ABŞ-la strateji tərəfdaşlığın bərpasına hazır olduğunu və Vaşinqtondan bu istiqamətdə konkret addımlar gözlədiklərini qeyd edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*