“Xırdalanın mərkəzində, Heydər Əliyev parkının yanındakı Zərifə Əliyeva küçəsinin həyətindən zibil bir həftədən çoxdur ki, yığılmır. Çünki zibil yığımı işinə Abşeron rayon İcra Hakimiyyətinin nəzdindəki Abad-Abşeron baxır. Kefləri nə vaxt istəyir o vaxt gəlirlər”.
KONKRET.az xəbər verir ki, bunu ekspert Samir Əliyev deyib.

S.Əliyev bildirib ki, Abşeron RİH başçısının başı pul qazanmağa qarışıb:
“Heydər Əliyev parkında gündən-günə atraksionların və ictimai iaşə obyektlərinin sayı artır. Park faktiki olaraq insanların, xüsusilə də ahılların istirahət yerindən gənclərin qəlyan çəkmək üçün əyləncə mərkəzinə çevrilib. Abşeron İH zibil daşınmasını inhisara alıb, başqa şirkətləri bu sektora buraxmır, özləri isə kefləri nə vaxt istəsə o vaxt təmizlik işlərinə baxırlar. Zibilliyin bu həddə çatması xəstəlik mənbəyidir. Ümid edirəm Abşeron RİH başçısı cənab Abidin Fərzəliyev birbaşa öz səlahiyyəti ilə məşğul olmağa vaxt tapacaq və öhdəliklərini yerinə yetirəcək”.
