Avstraliyadan olan elm adamları aclığın insan qərarlarına necə təsir etdiyini öyrənib.
KONKRET.AZ xəbər verir ki, təcrübədə bir neçə onlarla könüllü iştirak edib. Onların hər biri tədqiqatçıların verdikləri müxtəlif suallara dolğun və uyğun olaraq ac vəziyyətdə cavab verməli olublar. Mükafat kimi isə iştirakçılara yemək, pul və xoş musiqi təklif edilib.
Respondentlərə şərt qoyulub: seçim dərhal edilməlidir. Eyni zamanda bir müddət gözləməklə iki qat mükafat vəd edilib. Normal qidalanma problemi olmayan və aclıq hiss etməyən insanlar ikiqat pul mükafatı almaq üçün gözləməyə qərar veriblər. Orta hesabla bu dövr 35 gün nəzərdə tutulub.
Ancaq aclıqdan bir gün sonra iştirakçıların səbri daralıb. Bundan sonra şərtlər dəyişib: “Üç gündən çox olmayaraq gözləmək lazım olacaq”.
Ən fenomenal nəticə bu olub ki, aclıq hissi respondentlər arasında mükafat seçimini dəyişdirib.
Tədqiqatçılar artıq müxtəlif qərarlarla, xüsusilə də uzunmüddətli hədəflərlə əlaqəli olanların aclıq zamanı düşdüyü situasiyanı öyrəniblər. Sən demə, aclıqla üz-üzə qalan insanlar öz qərarlarını tez dəyişməli olur.
Təcrübə müəllifi Benjamin Vinsentin sözlərinə görə, elm adamları aclıq hissinin bu və ya digər qərarı vermə prosesinə necə təsir etdiyini, bunun təsirinin və nəticələrinin nə qədər geniş ola biləcəyini öyrənməyə çalışıblar.
Bundan əlavə, aclıq hissi keçirən və qərar qəbul etməyə ehtiyacı olan insanları bu anda mümkün qədər diqqət mərkəzində saxlamaqla bəzi mətləblərə də aydınlıq gətirmək olar. Vinsent hesab edir ki, insan davranışının belə bir maraqlı tərəfi marketinqdə istifadə edilə bilər.
Məsələn, məlum olur ki, baqqal supermarketləri tez-tez təzə bişmiş malların və digər məhsulların qoxusunu yayan iqredientlərdən istifadə edirlər. Marketə kiçik bir alış-veriş üçün gələn satıcı əgər acdırsa, dərhal planını dəyişməli olur və ərzaq səbətinə digər əlavələr də edir.
Aclıq hissi məsuliyyətsiz qərarların verilməsinə daha çox təsir edir. El arasında “ac başda ağıl olmaz” kimi ifadələr də onu göstərir ki, hələ babalarımız min illər boyu bunu təcrübədən keçiriblər. Psixoloqlar isə aclığın insana təsirinin elmi tərəflərini hələ indi-indi öyrənirlər.
KONKRET.AZ
