Afaq Bəşirqızı qalmaqallı müsahibəsi haqda: “Dediklərimdən peşman deyiləm”backend

Afaq Bəşirqızı qalmaqallı müsahibəsi haqda: "Dediklərimdən peşman deyiləm"

“Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur”.

KONKRET.az bildirir ki, ötən gün xalq artisti Afaq Bəşirqızının “Azadlıq radiosu”na müsahibə verərkən səsləndiriyi bu fikirlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Xalq artistinin həmçinin “Novostroyka”nın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır… Kişi odur ki, özünə arxalansın, biz özümüz özümüzə arxalanmalıyıq” kimi fikirləri də tənqidlərə tuş gəlib.

Məsələyə aydınlıq gətirmək üçün Musavat.com-un əməkdaşı xalq artisti Afaq Bəşirqızının mövqeyini öyrənməyə çalışıb. Afaq Bəşirqızı fikirlərinin kontekstdən çıxarıldığını deyib:

“Bu yazılar qərəzli verilib. Verdiyim müsahibəni diqqətlə izləsəniz, bunu siz də görə bilərsiniz. Beləliklə, verdiyim müsahibə kontektsdən çıxarılıb. Mənə verilən suallar tamamilə başqa mövzuda, yaradıcılığım, sənətimlə bağlı olub. Arada mənə digər suallar da verildi və mən bu suallardan yan qaça bilməzdim. Çünki düşünə bilərdilər ki, mən o suallardan çəkinirəm, ehtiyat edirəm.

Müsahibəmi qərəzli başlıqlarla veriblər. Mən onlara “vətən, xalq xaini” deyirəm. Ölkəmizin bugünkü çətin dövründə bu cür başlıqlarla açıqlamalarımı verən və onlara qahmar çıxanları ancaq bu cür adlandırmaq olar.

Ola bilsin ki, həmin tənqid yazanların ürəyindən vurmuşam. Bəlkə də adını çəkdiklərim elə onlardır, öz torpaqlarını rayonlarda qoyub, şəhərə qaçanlar, təkər qaraldanlar, sonra da müğənnilərin konsertində oturanlar. Mənə elə gəlir ki, fikirlərimlə məhz onların ürəyinə dəymişəm. Şikəst uşaq doğub gətirirlər verilişlərə, sonra da deyirlər ki, “vətən üçün əsgər doğuram”. O şikəst əsgəri neynirəm? Heç yeri gələndə o cür şərhlər yazanlar uşaqlarını xəstə olmaya-olmaya evdə gizlədir.

Hər zaman öz sözümü üzə demişəm. Mənim kimi sözün düzünü deyən adamlar çox azdır. Mən öz millətimi çox sevirəm, çünki azərbaycanlıyam. Amma o cür şərhlər yazan adamların azərbaycanlı olmasını deyə bilmərəm”.

Xalq artisti səsləndirdiyi fikirlərdən peşman olmadığını deyib.

“Dediyimdən peşman deyiləm, çünki qərəzli fikirlərim yox idi. Afaq Bəşirqızı özü özünü tanıyır, heç kimin qiyməti lazım deyil. Bu günə qədər çox haqsızlıq görmüşəm, amma heç vaxt dinməmişəm. İndi yenə də haqq gəlib öz yerini tapacaq. Sadəcə millətin bu cür çətin, stresli vəziyyətində bu cür təqdimat lazım deyildi”.

Afaq Bəşirqızı karantin günlərindən sonra müsahibəni qərəzli şəkildə təqdim edən jurnalistdən qanun çərçivəsində haqqını tələb edəcəyini bildirib:  “Koronavirus bitəndən sonra həmin yazını təqdim edən şəxsi buna görə cavab verməyə vadar edəcəm. Sonra onun bütün havadarları qarşımda diz çöksə belə, o jurnalisti bağışlamayacam”.

Sonda xalq artisti Afaq Bəşirqızının qalmaqala səbəb olan müsahibəsinin səs yazısını təqdim edirik.

  • Marat
    Aprel 12, 2020 - 13:54

    Rayonlarda dolanışıq yaxşı olsa bir çox insan gəlməz bakıya. Mən inanmıram podezdə kimsə uşaq doğsun, hər deyilən sözə inananlar özləri bilər, lap doğsa belə Afaq Bəşirqızı kimi tiplərin üzərinə düşən məsuliyyət deyil – Dövlət var o bilər, və nəhayət qarşısın almaq istəyirsənsə dildə yox əməldə et!

  • Vaqif
    Aprel 12, 2020 - 20:09

    Afaq xanım rayonda hamıya torpaq verilmir qesebede yaşayanlarada.torpaq kəndliyə verilir.

Marat üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*