Rusiyalı təbliğatçı Margarita Simonyan Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistana gözlənilən səfəri ilə bağlı kəskin narazılığını ifadə edib. Erməni ekspert Artur Maqakyan öz “Instagram” hesabında Simonyanın bu mövzu ilə bağlı çıxışını əks etdirən video paylaşıb.
KONKRET.az xəbər verir ki, Simonyan İrəvanın müstəqil xarici siyasət yürütmək cəhdlərini “nankorluq” kimi xarakterizə edib. O, çıxışında “rus əhalisinin müdafiəsi” və “Rusiyanın maraqları” məsələsini qabardaraq Ermənistan rəhbərliyinə xəbərdarlıq edib.
Təbliğatçı həmçinin qeyd edib ki, hətta Rusiya Prezidenti Vladimir Putin bu məsələyə şəxsən müdaxilə etməsə belə, onun xələfi Ermənistana qarşı “mütləq tədbirlər görəcək”. Bu bəyanat İrəvanın son dövrlər nümayiş etdirdiyi diplomatik kursa qarşı Moskvadakı müəyyən dairələrin təzyiqi kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az
