Əl-Füceyrədə fövqəladə vəziyyət: İranın dron hücumu sonrası böyük yanğınbackend

Əl-Füceyrədə fövqəladə vəziyyət: İranın dron hücumu sonrası böyük yanğın

Birləşmiş Ərəb Əmirlikləri İran tərəfindən raket hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səslərinə münasibət bildirib.

Məlumata görə, İran istiqamətindən BƏƏ-yə doğru dörd qanadlı raket buraxılıb. Onlardan üçü ölkənin ərazi suları üzərində uğurla məhv edilib, dördüncü raket isə dənizə düşüb.

Rəsmi açıqlamada qeyd olunub ki, ölkənin müxtəlif hissələrində eşidilən səslər hava hücumundan müdafiə sistemlərinin hədəfləri zərərsizləşdirməsinin nəticəsidir.

BƏƏ hərbi qurumu vətəndaşları yalnız rəsmi mənbələrə inanmağa, məlumatları yoxlamağa və xəbərdarlıqlar zamanı təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Eyni zamanda, Əl-Füceyrə əmirliyinin hakimiyyəti İranın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumdan sonra neft emalı zavodunda güclü yanğın baş verdiyini açıqlayıb.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*