AFFA-nın baş katibi De Byaziyə görə jurnalistlərdən üzr istədibackend

AFFA-nın baş katibi De Byaziyə görə jurnalistlərdən üzr istədi

AFFA Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin jurnalistlər haqqında fikirlərinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, bu, AVRO-2024-ün seçmə mərhələsinin Belçika (0:5) ilə oyunundan sonra baş verib.

Assosiasiyanın baş katibi Sərxan Hacıyev italiyalı mütəxəssisin işlətdiyi ifadələrə görə mətbuat nümayəndələrindən üzr istəyib.

67 yaşlı mütəxəssis Brüsseldəki matçdan sonra keçirilən mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə xoşagəlməz sözlər işlədib:

“Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Bu barədə heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrari komandasına qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər”.

Qeyd edək ki, italyan mütəxəssis belçikalı jurnalistlər başa düşsünlər deyə, tərcüməçidən açıq şəkildə bunu tərcümə etməyi xahiş edib./APA

  • Vuqar
    Noyabr 20, 2023 - 11:54

    Adam zor deyib ha… A Qardaşlar futbol bizlik deyil.ora o qədər pul niyə yatızdırır dövlət.hər yerdə stadion tikilir və ya olimpiya mərkəzi.kimə lazımdı axi

Vuqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*