“Telegram” Fransada fəaliyyətini dayandıra bilərbackend

“Telegram” Fransada fəaliyyətini dayandıra bilər

“Telegram”ın qurucusu Pavel Durov Fransada kriptovalyuta sahiblərinə qarşı cinayətlərin kəskin artdığını bəyan edərək, rəsmi Parisi sərt ittiham edib.

KONKRET.az xəbər verir ki, Durov öz ingilisdilli kanalında Fransadakı təhlükəli tendensiya barədə məlumat paylaşıb.

Onun sözlərinə görə, 2026-cı ilin ilk üç ay yarımı ərzində ölkədə kriptovalyuta sahiblərinin qaçırılması ilə bağlı artıq 41 hadisə qeydə alınıb.

Durov bu cinayətlərin kökündə dövlət orqanlarından sızan şəxsi məlumatların dayandığını iddia edib:

“Daha çox məlumat, daha çox sızma, nəticədə, daha çox zorakılıq deməkdir. Fransada vergi orqanları kriptovalyuta sahibləri barədə məlumatları cinayətkarlara satır, hökumətin məlumat bazalarından isə genişmiqyaslı sızmalar baş verir”.

Məşhur iş adamı vəziyyətin dözülməz olduğunu və hakimiyyətin insanların şəxsi həyatına müdaxiləsinin cinayətkarların işini asanlaşdırdığını vurğulayıb. O, “Telegram”ın bu cinayət zəncirinin bir hissəsi olmaqdansa, Fransa bazarını tamamilə tərk etməyi üstün tutduğunu bildirib.

Xatırladaq ki, P. Durov 2024-cü ildə Fransada saxlanıldıqdan sonra uzun müddət hüquqi nəzarət altında qalmış, yalnız 2025-ci ilin martından etibarən ölkəni müvəqqəti tərk etmək icazəsi almışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*