Ağ Ev Azərbaycan və Gürcüstanı ittiham etdibackend

Ağ Ev Azərbaycan və Gürcüstanı ittiham etdi

ABŞ Çini 2018-ci ildə Donald Trampın tətbiq etdiyi tariflərdən yayınmaq üçün milyardlarla dollar dəyərində malları digər ölkələrdən keçirməkdə ittiham edib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, Ağ Evin hesabatına görə, bu təcrübədən illik itkilər 26 milyard dollara çatır.

Sənəddə qeyd olunur ki, 40-dan çox ölkə “Çinin gömrük rüsumlarından yayındığı qlobal kölgə yük daşıma şəbəkəsində” iştirak edir.

Bu siyahıya “dəmir yolu və quru tranziti, konsolidasiya və quru-dəniz əlaqələri təmin edən” Azərbaycan və Gürcüstan da daxildir.

Hesabat Çin lideri Si Cinpinin sentyabr ayında ABŞ-yə gözlənilən səfərindən əvvəl dərc edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*