Ağ Evin mətbuat katibi Keyli Makineninin artıq dörd müavini yeni növ koronavirus infeksiyasına yoluxub.
KONKRET.az bildirir ki, bu barədə “CNN” telekompaniyası xəbər verib.
Onun mənbələrinin sözlərinə görə, söhbət, həmçinin Ceylen Drammonddan gedir.
Daha əvvəl Çed Qilmartində və Kerolayn Levittdə koronavirus infeksiyası aşkarlanıb.
Telekompaniya bildirir ki, indiyədək Ağ Evdə ABŞ prezidenti Donald Tramp, onun həyat yoldaşı Melanya və Makineni də daxil olmaqla, koronavirus infeksiyasına on nəfər yoluxub.
