Ağcabədidə ağır qəza – Ölən və yaralananlar varbackend

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini Gündüz Süleymanovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü Gündüz Süleymanov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər — 2006-cı il təvəllüdlü Aysel Səlimova, 1973-cü il təvəllüdlü Yalçın Əhmədov ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.//“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*