Ağdam rayonunun Maqsudlu kəndindd də açıq ərazidə yanğın başlayıb.
KONKRET.az Azərtac-a istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam, həmçinin Tərtər bölməsinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Ərazinin bir hissəsinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***13:50
Ağdamda daha bir yanğın qeydə alınıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın rayonun Papravənd kəndi ərazisində minalanmış açıq ərazidə başlayıb.
20 hektara yaxın ərazini əhatə edən yanğına Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdam yanğınsöndürmə bölməsinin 2 avtomobili, Ağdərə rayonun 1 avtomobili və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Xatırladaq ki, ötən gün rayonun Çıraqlı kəndində də yanğın baş verib.
