Agdaşda ev yanıb.
KONKRET.az xəbər verir ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində 1966-cı il təvəllüdlü İsgəndərova Məhəbbət Rza qızına məxsus yaşayış evində yanğın baş verib.
Yanğın yerinə Ağdaş DYMH-dən yangınsöndürən texnikalar və şəxsi heyət cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 144 kv/m olan, bir mərtəbəli yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisənin səbəbi araşdırılır.
